Modern.az

Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı

Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı

Aktual

19 Yanvar 2021, 23:01

ABŞ-da Kapitoliyə hücum zamanı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin noutbukunu oğurlayan qadın saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “The Hill” məlumat yayıb.

 

Rayli Uilyams yanvarın 18-də Pensilvaniyada saxlanılıb. Onun noutbuku Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə ötürmək istədiyi qeyd olunur.  

 

Qeyd edək ki, bundan öncə Nensi Pelosinin köməkçisi Dryu Xemill özünün tvitter hesabında noutbukun Kapitoliyə basqın zamanı konfrans zalından oğurlandığını yazmışdı. "Bu, yalnız təqdimat mərasimlərində istifadə edilən noutbuk idi”, - deyə Xemill bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır