Modern.az

Yaxın 2-3 il ərzində kəskin su çatışmazlığı olacaq - AMEA-nın şöbə müdiri

Yaxın 2-3 il ərzində kəskin su çatışmazlığı olacaq - AMEA-nın şöbə müdiri

25 Yanvar 2021, 00:37

"Son 5 ildə Xəzər dənizinin aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır". 

 

Modern.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Xəzər dənizi səviyyəsinin düşməsi barədə Xəzər TV-yə müsahibəsində deyib.

 

Alimin sözlərinə görə, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2,3,4 metr çəkilibsə, Nabranda  bu, 200, 300  metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə  daha yüksəkdir:

 

"Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır  qəsəbəsinədək olan sahələrdə çəkilmə özünü daha şiddətli biruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmadı. Onsuz da az yağıntılı Xəzər regionunda  yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynadı".

 

M.İsmayılovun sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin surətdə biruzə verəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi