Arxiv
25 Yanvar 2021, 12:28 | AKTUAL
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR

27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə yanvarın 23-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

 

İclasda qeyd edilib ki, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilmiş, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin  ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

 

Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.

 

Kollegiya iclasında bildirilib ki, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilmiş, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.

 

Eyni zamanda, işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli 25 Fevral 2021, 19:51 Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI 25 Fevral 2021, 19:40 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng etdi 25 Fevral 2021, 19:32 Ceyhun Bayramov İsrail səfirini qəbul edib 25 Fevral 2021, 19:17 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Fevral 2021, 19:05 ATƏT sədri Azərbaycana səfər edəcək 25 Fevral 2021, 18:58 Ana Vətən Partiyasından Xocalı bəyanatı 25 Fevral 2021, 18:52 Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR 25 Fevral 2021, 18:40 Pakistanlı general Bakıya gəldi 25 Fevral 2021, 18:35 Ermənistan müxalifəti Paşinyanla dialoqu rədd etdi 25 Fevral 2021, 18:23 Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri... 25 Fevral 2021, 18:10 Bostonda Xocalı soyqırımı anılacaq 25 Fevral 2021, 18:03 İlham Əliyev “Dostluq” yatağı ilə bağlı yeni İşçi Qrup yaratdı - SİYAHI 25 Fevral 2021, 18:00 Prezident “Signify”  şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edib 25 Fevral 2021, 17:54 "Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib  25 Fevral 2021, 17:48 Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib 25 Fevral 2021, 17:42 “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - FOTOLAR 25 Fevral 2021, 17:37 Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”   25 Fevral 2021, 17:32 Srebrenitsa anaları Ağdam məscidində oldular 25 Fevral 2021, 17:29 Bu rayonlarda qarın yağması davam edir- FAKTİKİ HAVA 25 Fevral 2021, 17:28 Avtomobil yollarındakı son VƏZİYYƏT 25 Fevral 2021, 17:24 Xocalıda baş verənlər nə üçün soyqırımıdır? 25 Fevral 2021, 17:20 Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü 25 Fevral 2021, 17:17 Azərbaycanın milli parklarından qış mənzərələri - FOTOLAR 25 Fevral 2021, 17:12 Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar 25 Fevral 2021, 17:07 Yoluxanlar azaldı, sağalanlar artdı 25 Fevral 2021, 17:02 “Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib 25 Fevral 2021, 16:59 Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...” 25 Fevral 2021, 16:55 VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat 25 Fevral 2021, 16:54 UNEC-də Xocalı soyqırımına aid beynəlxalq tədbir keçirilib 25 Fevral 2021, 16:53 Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı 25 Fevral 2021, 16:50 Ombudsman 2020-ci il üzrə məruzəsini təqdim etdi 25 Fevral 2021, 16:44 Bu il İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər veriləcək 25 Fevral 2021, 16:40 İlham Əliyev: “Xocalı qurbanlarının da qanı II Qarabağ müharibəsində alındı” 25 Fevral 2021, 16:35 Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI 25 Fevral 2021, 16:34