Modern.az

Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı

Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı

Dünya

25 Yanvar 2021, 23:38

Rusiya prezidenti Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqdan sonra sözügedən sahədə hüquq məsələləri üzrə müşavir kimi çalışa biləcəyini söyləyib.

 

Modern.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

 

O, Rusiyada son illərdə şərabçılıq sahəsinin inkişaf etdiyini vurğulayıb.

 

“Mən bununla nə vaxtsa biznes kimi yox, fəaliyyət növü kimi məşğul olardım. Mənim müşavirim var, Boris Titov, o, “Abrau-Dyurso”nun sahibidir. İşimi bitirdikdən sonra ola bilər, biznesmen kimi deyil, heç olmasa hüquq sahəsində müşavir kimi onun yanına gedim”, - deyə V.Putin qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı