Modern.az

“Firudin bəy Köçərli” mükafatı deputata təqdim olundu - FOTO

“Firudin bəy Köçərli” mükafatı deputata təqdim olundu - FOTO

17 Fevral 2021, 16:22

AzEdu Təhsil Portalı 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Firudin bəy Köçərli” mükafatını təsis edib.

 

Modern.az xəbər verir ki, mükafat hər ilin 5 oktyabr günündə 10 nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

 

Bu il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qalibiyyətimizlə başa çatan Vətən Müharibəsinin gedişatına təsadüf etdiyindən, həmçinin, pandemiyaya görə bəzi qadağaların tətbiqi onun təqdimetmə mərasimini təxirə salmışdı.

 

Qeyd edək ki, AzEdu Təhsil Portalı və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin mükafatı təsis etməsində əsas məqsəd təhsilin inkişafında xüsusi xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

 

Mükafat fevralın 17-si “Təhsilin inkişafında faydalı ideya və təkliflərin müəllifi kimi”  Milli Məclisin deputatı Etibar Əliyevə təqdim olunub.

 

Modern.az deputat Etibar Əliyevin mükafatla bağlı təəssüratlarını təqdim edir:

 

“Azedu Academy "Təhsilin inkişafında faydalı ideya və təkliflərin müəllifi kimi" və tərtib etdiyim "Yeni təhsil tərbiyə və elm antalogiyası" kitabıma görə məni "Firudin bəy Köçərli" mükafatı ilə təltif etdi.

 

 

Bu kitabda yer almış Firudin bəy Köçərlinin "Ana dili" əsəri Antalogiyaya yeni məzmun verir.

 

Azedu Academy-nin kollektivinə təşəkkürümü bildirirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır