Arxiv
18 Fevral 2021, 15:07 | MƏDƏNİYYƏT
Qarabağı qaytardıq, növbə Qarabağ xalçalarınındır…

Vətən müharibəsi zamanı Şuşanı işğaldan azad ediləcəyindən qorxuya düşən ermənilər bir sıra talançılığa əl atıblar. Bunlardan biri də 2020-ci ilin noyabr ayının 1-də Şuşadan aparılan qədimi xalçalarla bağlıdır.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında yazıb: “Qaçırmayın. Fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Muzeyinin İrəvan sərgisi açılacaq. Sərgidə nümayiş etdiriləcək nümunələr noyabrın 1-də Şuşadan gətirilib. Sərgidəki ən qədim xalça 350 yaşındadır.”

 

Dörd il əvvəl ABŞ-ın Los Anceles şəhərində hərraca bir xalça çıxarılmışdı. Yaşı cəmi bir neçə onillik olan, görünür, işləndiyindən nimdaşlanmış bu xalçanı Amerikaya Qarabağdan aparılmışdılar. Üstündə kiril əlifbası amma azərbaycan dilində yazılmış "1 yanvar 1971-ci il. Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi " sözlərindən xalçanın Qarabağda azərbaycanlı ailəyə aid olduğu bəlli idi. Buna baxmayaraq xalçanı hərraca "antik Ermənistan Qarabağ Xalçası" adı altında çıxarmışdılar.  Kaliforniyada yaşayan həmyerlimiz Elşad Tahirov bu xalçanın Amerikaya necə gəlib çıxdığını asanca anlamış və ilkin qiyməti 300 dollar qoyilan xalçanı yekunda hərracdan 850 dollara alıb Azərbaycana qaytarmışdır. Bu gün həmin xalça Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının ekspoziyasınızı Qarabağın “Baxçada Güllər” xalçası adı altında bəzəyir.

 

Qarabağ müharibəsi təkcə qan, ölüm, məcburi köçkünlük deyildi, həm də ağlagəlməz miqyasda ermənilərin işğal etdiyi torpqlarda həyata keçirdikləri talan və qarət idi. Doğma evlərini onlara verilən saatlar içində tələm-tələsik tərk etməli olan dinc azərbaycanlı əhali təkcə evini deyil, bütün əşyalarını, o cümlədən də, demək olar ki, bütün Qarabağ evlərinin bəzəyi, vizit kartı olan xalçalarını qoyub gəlmişdi.  O xalçalar, digər dəyərli əşyalar kimi, erməni quldurları tərəfindən qarət edilib, müxtəlif ölkələrə satılmağa göndərilmişdi.

Xalça bizim kimliyimiz, tariximiz, arzularımız,  həyat tərzimidir. Qarabağ xalçaları isə bir başqadır. Onlar heç vaxt sadəcə məişət əşyası olmayıb, təkcə döşəməni, divarı, taxtı bəzəmək üçün toxunulmayıb. Qarabağda xalça – öz anlamı, öz sehri olan, nəsillərdən nəsillərə ötürülən bir ənənədir. Xalçaçılıq ənənəsi qarabağlıların həyatında o qədər orqanik şəkildə movcud olub ki, xalça toxuyan qadınlara demək olar ki, heç bir kənar vasitə lazım deyildi- yununu öz saxladıqları qoyunlardan, boyanın hər birini tanıdığı ağac qabıqlarından, bitki köklərindən, həşəratlardan əldə edirdilər. Yeri gəlmişkən, Qarabağda 1500-ə qədər boyaq bitkisi olub və yerli əhali bu bitkilərin əksəriyyətini tanıyıb. Hansı bitkinin, hansı qabığın necə bir rəng, rəngin hansı çalarını verəcəyini bilmək üçün uzun, əsrlərlə sürən müşahidələr, təcrübə lazımdır. Bu bilgini nəsildən-nəsilə ötürülməsi xalçaçılığın nə qədər  qədim və sakral olduğunu göstərir.

 

Qarabağ xalçalarının zəngin rəng palitrası, rənglərin əlahiddə parlaqlığı və şuxluğu da bu orqaniklikdən, rənglərin birbaşa təbiətdən qaynaqlanmasından irəli gəlir.

Qarabağ xalqı xalça vasitəsilə  həm də öz doğmaları ilə “danışırdı”. Məhz Qarabağda xalçaya sözlər toxumaq, hədiyyə kimi toxunan xalçada ilmələrlə ürək sözləri, imza toxumaq geniş yayılmışdı. Xalçaçı analar öz oğul və qızları dünyaya gələr-gəlməz “adlarına” toxuduqları qıza cehiz, oğula evlilik hədiyyəsi kimi valideyn tərəfindən bağışlanan “ömür xalçası”nda onlara ilmələr vasitəsilə dua edir, uğur diləyir, uzun ömür, xoşbəxtlik arzu edirdilər.

Azərbaycan xanlıqları XIX əsrdə Rusiya Çarlığına birləşdikdən sonra bu yerlərə ayaq açan xarici səyyahlar Qarabağ xalçalarını “talan” edib, özləri ilə aparıblar. Xalqın avamlığından, savadsızlığından və ən çox da qonaqpərvərliyindən istifadə edərək, dəyər-dəyməzinə alıb aparılan bu xalçalara olan marağı biz, ədəbiyyat nümunələrində, məsələn Mir Cəlalın “Bir gəncin manifesti”ndə, Aleksandr Dümanın xatirələrində oxuya bilərik.  Bu defakto talançılıq ona gətərib çıxarmışdı ki, azərbaycan xalqının əlində on səkkiz, on doqquzuncu əsrdən əvvəl toxunan Qarabağ xalçaları, demək olar ki, qalmamışdı.

 

Amma biz, o xalçaların yurdunu, gözəl Qarabağımızı özümüzə qaytardığımız kimi, Qarabağ xalçalarını da vətənimizə qaytarırıq. O xalçaların hər bir ilməsində bizim keçmişimiz, tariximiz, xalq olaraq ortaq xatirələrimiz yatır. Xalça qarabağlıların təkcə kütləviləşmiş sənətkarlıq nümunəsi deyil, xalça qarabağ analarının “dua kitabı”dır. Xalça Qarabağın ən ecazkar, ən sehirli irsidir. Xalça qarabağ azərbaycanlılarının ən parlaq, ən rəngli kimliklərindən biridir.

 

Aybəniz İsmayılova

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04 Ukrayna Kiyevdən rus səfiri qovur 18 Aprel 2021, 14:51 Premyer Liqanı tərk edən ilk klub bəlli oldu 18 Aprel 2021, 14:44 Birinci xanım Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi 18 Aprel 2021, 14:35 Gürcüstan da silkələndi 18 Aprel 2021, 14:25 İranda koronavirusdan ölənlərin sayı açıqlandı 18 Aprel 2021, 14:10 Suriyada keçiriləcək prezident seçkilərinin tarixi açıqlandı 18 Aprel 2021, 13:59 Xarici ölkələrdəki azərbaycanlı jurnalistlər bir araya gəldi 18 Aprel 2021, 13:51 “Azərbaycan üçün ağır gündür” - Azərpaşa Nemətov 18 Aprel 2021, 13:45