Modern.az

Fazil Mustafa GİLEYLƏNDİ: “Sanki bu məsələlər heç kimin vecinə deyil”

Fazil Mustafa GİLEYLƏNDİ: “Sanki bu məsələlər heç kimin vecinə deyil”

23 Fevral 2021, 11:49

“Neçə vaxtdır ki, karantin rejimiylə bağlı məsələləri qaldırırıq. Ancaq heç kim reaksiya vermir. Sanki bu məsələlər heç kimin vecinə deyil”.

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.


O qeyd edib ki, hansısa yerlərin bağlı olmasına görə heç kimdən əks reaksiya da ala bilmirsən:

“Söhbət insanların yoxsullaşmasından gedir. Heç olmasa yığışın deyin ki, “istəyirik camaat yoxsullaşsın”. Deyin ki, “istəyirik demoqrafiq vəziyyət dəyişsin, əhalinin sayı azalsın”. Heç bunu çıxıb deyən də yoxdur. Neçə gündür ki, bu məsələləri qaldırırıq, ancaq reaksiya verən yoxdur”.

 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, Operativ Qərargah məsələlərlə bağlı vaxtında reaksiyalar verir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər