Arxiv
25 Fevral 2021, 17:17 | AKTUAL
Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü

Fevralın 25-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev və Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek arasında onlayn formatda görüş keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Elnur Allahverdiyev qonağı salamlayaraq bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan Çexiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. 

 

2013-cü ilin fevral ayında Çexiya Parlamentinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin Xocalıda Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımla bağlı qətnamə qəbul etdiyi və bu cinayət hadisəsini pislədiyi razılıqla qeyd edilib. Elnur Allahverdiyev bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Çexiya parlamentinə təşəkkürünü ifadə edib. Diqqətə çatdırıb ki, Çexiya Avropa İttifaqının üzvləri arasında Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən bu qətliama ədalətli qiymət verən ilk dövlətdir. Azərbaycan xalqı və dövləti bunu yüksək dəyərləndirir. 

Diqqətə çatdırılıb ki, sabah – fevralın 26-da Xocalı hadisələrinin növbəti ildönümüdür və bütün Azərbaycan xalqı bu acı tarixi ümummilli faciə kimi yad edəcək. Eyni zamanda, ölkəmizin  Çexiyadakı səfirliyi tərəfindən bununla bağlı tədbir keçiriləcək və bu soyqırım haqqında həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

 

Bildirilib ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan erməni təcavüzünə artıq son qoyulub. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edib, dövlətimizin ərazi bütövlüyü bərpa olunub.  Bu gün  həmin ərazilərdə artıq yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir.

 

Deputat onu da diqqətə çatdırıb ki, ötən il noyabrın 9-da  Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında bəyanat imzalanıb. Azərbaycan tərəfi bu bəyanatdan irəli gələn bütün öhdəliklərə əməl edir. Lakin Ermənistan yenə də Azərbaycan ərazisində terror aktları həyata keçirməyə cəhdlər edib. Lakin bu cəhdlərin qarşısı müvəffəqiyyətlə alınıb. 

 

Görüşdə iştirak edən Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım Xocalı soyqırımının tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı soyqırımı həyata keçiriblər. Hərbi təcavüz nəticəsində qadınlar, uşaqlar və yaşlı insanlar da daxil olmaqla 613 dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib.

 

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olduğunu deyən  Fatma Yıldırım qeyd edib ki, biz Qarabağın dirçəldilməsi istiqamətində məqsədyönlü fəaliyyətimizdə dost ölkələrin yaxından iştirak etməsini də arzu edirik. 

 

Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek Azərbaycana iki dəfə səfər etdiyini, parlamentdə bir sıra görüşlər keçirdiyini söyləyib. O, Azərbaycan xalqı ilə yaxından tanış olduğunu və buradakı qonaqpərvərliyi təqdir etdiyini deyib. 

 

Çexiyalı deputat ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Xocalı barədə ətraflı məlumata görə təşəkkür edən çexiyalı deputat  Çexiyanın da Liditsa kəndində, ölkənin bir sıra digər şəhərlərində soyqırımların baş verdiyini bildirib, bu qanlı tarixlərin daim xalqlarımızın yaddaşında qalacağını deyib. O, Qarabağda aparılan yenidənqurma və bərpa prosesini yüksək qiymətləndirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. 

 

Söhbət zamanı parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri, dostluq qrupları çərçivəsində əlaqələrin genişləndirilməsi, habelə iqtisadi sahədə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53