Modern.az

Ermənistanda vətəndaş müharibəsi BAŞLAYA BİLƏR

Ermənistanda vətəndaş müharibəsi BAŞLAYA BİLƏR

Dünya

3 Mart 2021, 16:28

Ermənistanda siyasi gərginlik açıq toqquşma müstəvisinə keçə bilər.

Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyan hökumət saatı çərçivəsində parlamentə gələrək deputatların suallarını cavablandıracaq.

Onun gəlişi öncəsi, parlamentin önündə polis kordonları düzülüb, binanın damında snayperlər yerləşdirilib.

 

Təhlükəsizlik addımları müxalifətin Baqramyan prospekti önündə saat 16:00-da keçirəcəyi aksiya ilə bağlıdır. Müxalifətin aksiyasından öncə, hüquq-mühafizə orqanları mitinqdə təxribat ola biləcəyi barədə xəbərdarlıq yaymışdı.

 

Müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyan isə mitinq öncəsi, Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndəriləcəyi halda, ordunun həmin qərara tabe olmayacağını elan edib.

Hazırda parlament binası ətrafına 1500-ə qədər polis, “Alfa” xüsusi təyinatlıları və s. yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi