Modern.az

Azərbaycan Qarabağda S-300 sistemlərini bu yolla MƏHV EDİB

Azərbaycan Qarabağda S-300 sistemlərini bu yolla MƏHV EDİB

Qarabağ

4 Mart 2021, 11:31

Vətən Müharibəsi ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.

 

Modern.az xəbər verir ki, Böyük Britaniyanın “Middle East Eye” saytı adı açıqlanmayan yüksək rütbəli azərbaycanlı hərbçidən Qarabağda məhv edilən S-300 zenit-raket kompleksləri ilə bağlı açıqlama alıb.

“Azərbaycan Qarabağ Müharibəsi sırasında Sovet İttifaqının istehsal etdiyi təkmotorlu An-2 təyyarəsindən Rusiyanın “S-300” zenit-raket kompleksinin məhv edilməsi üçün pilotsuz aparat kimi istifadə edirdi”.

 

Azərbaycanlı hərbçi An-2 təyyarələrində distant idarəetmə sistemi quraşdırıldığını açıqlayıb.

"Təyyarələr S-300 kompeksini aktivləşdirirdi və An-2 vurulduqdan sonra onu vuran sistemin koordinatları Ordumuzun arsenalındakı Harop kamikadze dronlarına ötürülürdü".

 

Bunun sayəsində  44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü