Modern.az

Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir

Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir

Dünya

5 Mart 2021, 16:46

Koronavirus pandemiyası dünyanın əsas problemlərindən biri olaraq qalmaqda davam edir.

 

Modern.az xəbər verir ki, əksər ölkələrdə başladılan vaksinasiya kampaniyası COVID-19-dan ölüm hallarını xeyli azaltsa da, bəzi ölkələrdə virusa yoluxma halları artmaqda davam edir.

Bu xoşagəlməz tendensiya fonunda karantin qaydalarının yenidən sərtləşdirilməsi gündəmə gəlir.

 

Türkiyə ölkəyə hava, su və quru yolu ilə səfər edən sərnişinlərdən mənfi koronavirus testi tələb edən qaydanı aprelin 15-nə qədər uzadıb. 2020-ci il dekabrın 30-da qəbul edilən qərara əsasən, yaxşı 6-dan yuxarı olan hər kəs ölkəyə gəlməzdən 72 saat əvvəl edilən koronaviorus testini təqdim etməlidir.

 

2020-ci ilin dekabrın ortalarından sərt karantin rejiminin tətbiq edildiyi Almaniyada koronavirusla bağlı situasiya ağır qalmaqda davam edir. Martın 3-də kansler Angela Merkel və 16 federal ərazinin videokonfrans formatında iclası zamanı məhdudiyyətlərin martın 28-nə qədər uzadılması barədə razılıq əldə olunub.

Belə ki, meyvə-tərəvəz mağazaları,  mehmanxanalar, restoranlar və digər obyektlər qapalı qalacaq. Məhdudiyyətlərin növbəti zəiflədilməsi əhalinin müntəzəm koronavirus testi verməsi və infeksiyaya yoluxma nisbətinin hər 100 min nəfər üçün 50 nəfərə düşməsinə hesablanıb.

 

Yoluxmanın hər 100 min nəfər sakin üçün 100-dən aşağı düşməsi halında, muzeylər, zooparklar, botanika bağları və memorial komplekslərin açılması da gözlənilir.

İtaliyanın səhiyyə naziri Roberto Speransa yoluxma hallarının sürətlə artdığı Lombardiya və Pyemont vilayətlərini, o cümlədən, Turin və Milan şəhərlərini “narıncı zona”ya daxil edib. Bu zonaya daxil edilmiş şəhərlərdə bar və restoranlar yenidən bağlanacaq, vətəndaşların hərəkət sərbəstliyi, o cümlədən yaşadıqları şəhərləri tərk etməsinə məhdudiyyətlər qoyulacaq.

 

2021-ci ilin yanvarından bir çox Avropa ölkələri sərt məhdudiyyətlərə əl atıb. Belə ki, Finlandiya martın 8-dən 28-nə qədər karantin rejimini sərtləşdirib. Ölkədə orta və yuxarı sinif şagirdləri distant təhsilə keçəcək, restoranların fəaliyyəti və kütləvi toplaşma məkanlarına məhdudiyyətlər tətbiq olunacaq.

 

Ukraynada karantin aprelin 30-na qədər uzadıldı və bölgələrdə epidemioloji vəziyyəti 4 səviyyə üzrə ölçən metoda keçirilib.

Hər 100 min sakinə düşən yoluxma sayına görə, dünya lideri sayılan Çexiya da sərtləşməyə gedən ölkələrdən biri sayılır. Yanvarın 30-dan Çexiyaya xarici ölkə vətəndaşlarının səfər etməsi qadağan edilib.

 

Estoniya hökuməti ictimai iaşə və ticarət obyektlərində müştəri tutumunun 25%-ə qədər olmasına icazə verib. İstirahət günləri həmin müəssisələr bağlı olmalı, həftə içi günlərdə isə saat 18:00-a qədər çalışmasına icazə verilib.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı