Tamaşada canlandırdığım obraz “Uşaqlığın son gecəsi” filmindəki Davud obrazıdır.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunan “Bizim Maqsud müəllim” tamaşasında rol alan Rafael İsgəndərov bildirib.
“Allah Maqsud müəllimə rəhmət eləsin. Yəqin ki, bu gün bizim ifamızda Maqsud müəllimin müəllifi olduğu əsər də tamaşaçılar tərəfindən yaxşı qarşılanacaq. Mənim obrazım “Uşaqlığın son gecəsi” filmindəki Davud obrazıdır. Tamaşaçı elə düşünür ki, həmin filmdən hansısa bir parça burada səhnələşdirilir. Amma əksinə, tamaşanın içində film çəkilişinə baxacaqsınız. Yəni fərdi yanaşmadır”, - deyə R.İsgəndərov qeyd edib.