Modern.az

Levandovski "Barselona"dan getdi

Levandovski "Barselona"dan getdi

İdman

19 İyun 2026, 20:02

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski "Çikago Fayr" (ABŞ) ilə razılıq əldə edib.

Modern.az "Diario Sport"a istinadən xəbər verir ki, tərəflər transferlə bağlı artıq bütün detalları razılaşdırıblar.

37 yaşlı futbolçunun MLS təmsilçisi ilə müqaviləsinin müddəti 2 il olacaq. Sözləşməyə müddətin daha 1 il uzadılması variantı da daxil ediləcək. Keçidlə bağlı rəsmi açıqlamanın növbəti həftə veriləcəyi gözlənilir.

Polşalı hücumçunun yeni klubundakı mövsümlük maaşı təxminən 10 milyon dollar təşkil edəcək. Ona karyerasını bitirdikdən sonra "Çikago Fayr"ın səfiri olmaq təklifi də edilib.

Qeyd edək ki, Robert Levandovski bir müddət öncə "Barselona"dan ayrıldığını açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvada qaçaqaç başladı - Ruslar Azərbaycana gəlir