Modern.az

Fransada polislə toqquşmalar

Fransada polislə toqquşmalar

7 Mart 2021, 01:00

Fransanın Lion şəhəri yaxınlığındakı Bron kommunasında naməlum şəxslər iğtişaşlar törədib, polislə toqquşmalar təşkil ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “Proqre” qəzeti məlumat yayıb.

 

Qəzetin yazdığına görə, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, iştirakçılar zibil qutularını yandırıb, küçələrdə hərəkəti çətinləşdiriblər.

 

Fransanın daxili işlər naziri Jerald Darmanen Bronda keçirilmiş xüsusi əməliyyat zamanı beş nəfərin saxlanıldığını bildirib. Ümumilikdə isə Lion metropolitenində 21 nəfər həbs olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!