Modern.az

Məhəmməd Salah \"Liverpul\"u tərk edir?

Məhəmməd Salah \

7 Mart 2021, 21:05

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah klubdan gedə bilər.

 

Modern.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə baş məşqçi Yurgen Kloppun arasında münasibətlər yaxşı deyil. Almaniyalı mütəxəssis Premyer Liqanın son turunda "Çelsi" ilə matçda da futbolçunu 61-ci dəqiqədə əvəzləyib. Bu, nəinki Salahın, azarkeşlərin də narazılığına səbəb olub.

 

Misirli oyunçu ilə "Barselona" və "Bavariya" da yaxından maraqlanır. Həmçinin o, daha əvvəl açıqlamasında İspaniyanın ən güclü komandalarından birində çıxış edə biləcəyini deyib.

 

Qeys edək ki, M.Salanın "Liverpul"la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir