Modern.az

“Strateq.az” niyə bağlandı? - Baş redaktor Əli Həsənovu İTTİHAM ETDİ

“Strateq.az” niyə bağlandı? - Baş redaktor Əli Həsənovu İTTİHAM ETDİ

Media

11 Mart 2021, 18:08

“Düşünürəm ki, 6 ildir rəhbərlik rəhbərlik etdiyim “Strateq.az” saytının martın 10-dan etibarən fəaliyyətini niyə dayandırdığı haqqında da səmimi şəkildə narahat olanlara və sadiq oxucularımıza mütləq məlumat verməli, yanlış mülahizələrə yol açılmasın deyə, gerçək səbəblərə aydınlıq gətirməliyik”.

Modern.az xəbər verir ki, bunu fəaliyyətini dayandıran “Strateq.az” saytının rəhbəri Elxan Şükürlü bildirib.


“Gerçək səbəb də budur ki, bu sektorda indiyədək mövcud olan qeyri-bərabər, qeyri-şəffaf və vicdansız rəqabət şəraitində fəaliyyət göstərmək müəyyən dəyişməz prinsiplərə sahib insanlar üçün çox çətindir və daha böyük zəhmət, maddi resurslar tələb edir.

Biz hər kəs üçün bərabər şərtlərin və şəraitin olduğu bir mühitdə, ədalətli rəqabətə hazırıq və qabiliyyətimizə, prinsiplərimizə uyğun yerimizi tutcağımıza da əminik!

Ancaq hələlik belə bir mühit, şərait olmadığından, daha çox itirməmək üçün geri çəkilməyə və bir müddət gözləməyə qərar verdik!”,- E.Şükürlü bildirib.


Onun sözlərinə görə, 2015-ci ilin martında “Strateq”i açandan az bir müddət sonra sürətlə Pprezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun nəzarətindəki media resurslarının, demək olar ki, əksəriyyətini ictimai rəydə ötüb keçmişdilər:

“Uğurumuzun əsas şərti də onda idi ki, çox yaxşı, dürüst və intellektual, peşəkar adamlardan ibarət yaxşı bir komanda qura bilmişdik və fəaliyyətimizə kənar müdaxilələrə imkan vermir, hüquq və əxlaq çərçivəsində, milli maraqlarımızı gözləmək şərtiylə həm iqtidar, həm də müxalifət düşərgəsini təmsil edən siyasətçilərin tənqidi fikir və mövqelərinə yer ayırır, qərəzlilik göstərmir, qeyri-qanuni təhrik və meylləri qətiyyətlə rədd edirdik. Hər hansı dövlət qurumu və ya biznes strukturu ilə "reklam müqaviləsi" adıyla anlaşmaya, filan materilaı "qoy-çıxar" oyunlarna getməyən, bəlkə də, yeganə sayt idik...

Bu durum isə mətbuatı cilovlayıb altına yığdığını, belinə yəhər qoyub, başına yüyən salıb istədiyi sayaq çapdığını düşünən Əli Həsənovu və onun göstərişlərini yerinə yetirən adamları qane etmirdi”.

E.Şükürlünün sözlərinə görə, 2015-ci ilin noyabrında Mətbuat Şurası və KİVDF rəhbərliyinin birgə toplantısında ölkədə yürüdülən media siyasətini açıq tənqid etməyi “Strateq”i ölkənin media siyasətini yürüdənlərin gözündə əməllicə “dövlət düşməni” etmişdi...

“Çox uzatmadan, qısa yazım: iş ona gətirib çıxardı ki, Respublika Prokurorluğunun əliylə əvvəlcə mənə rəsmi şəkildə xəbərdarlıq etdilər, sonra da 2017-ci ilin mənzil bölgüsündə bu xəbərdarlığı əsas götürərək, 20 ilin evsiz jurnalistini mənzil almağa qoymadılar, ardınca da saytımıza maddi dəstək verənləri mənim fəaliyyətimlə - saytdakı materiallarla “vahid media siyasətinin əleyhinədir” arqumentiylə şantaja başladılar...

Mən də, bizə çətin günlərdə kömək göstərmiş o dostlarım zərbə almasınlar, onlara söz gəlməsin deyə, saytı get-gedə çərçivəyə saldım, bilərəkdən zəiflətdim...”,- baş redaktor qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir