Modern.az

Prezidentin köməkçisi Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü

Prezidentin köməkçisi Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü

Media

14 İyul 2026, 16:40

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.

Modern.az xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub. Həmçinin Azərbaycanın və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, süni intellekt texnologiyalarının media sahəsində tətbiqi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi