Arxiv
24 mart 2021, 20:54 | PARLAMENT
Milli Məclisdən Avropa Parlamenti üzvlərinin bəyanatına ETİRAZ

Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri - Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib.

 

Milli Məclisin (MM) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu sənədlə əlaqədar Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bəyanatla çıxış edib.

 

Cavanşir Feyziyevin verdiyi bəyanatda bildirir ki, Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsi ilə bağlı “Human Rights Watch” (HRW) təşkilatının əsassız iddialarını özündə əks etdirən yuxarıda adı çəkilən birgə sənəd AP (Avropa Parlamenti) üzvlərinin real vəziyyətlə tanış olmaq əvəzinə bəzi təsisatların qərəzli mövqeyini səsləndirməyə üstünlük verdiklərini nümayiş etdirir. Bu kimi əsassız bəyanatla çıxış etməzdən öndə AP məruzəçilərinin mövcud əməkdaşlıq platformalarından istifadə etməklə sözügedən iddialarla bağlı azərbaycanlı həmkarlarından məlumat əldə etmələri daha məntiqli olardı.

 

Birgə Bəyanatı imzalamış AP üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edilib. Onlara lazımi tibbi yardım göstərilib və saxlanıldıqları müddətdə tibbi müayinədən keçiriliblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib və nəhayət, bütün hərbi əsirlər 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıblar.

 

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən və Azərbaycan tərəfindən saxlanılan erməni sabotaj qrupunun üzvləri isə hərbi əsirlər hesab oluna bilməz və onlar Azərbaycan Respublikasının Cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılan bu şəxslərlə də beynəlxalq insan haqları və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır.

 

Birgə Bəyanatda Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin aralıq tədbirləri üzrə öhdəlikləri çərçivəsində müvafiq addımlar atmaması barədə yer alan iddianı da əsassız hesab edirik. Cavanşir Feyziyev təəssüflə qeyd edib ki, Bəyanatın müəllifləri məsələnin təfərrüatlarını tam araşdırmadan belə bir iddia səsləndiriblər. Belə ki, Azərbaycan öz öhdəliklərinə sadiq olaraq, vətəndaşlarımıza qarşı güc istifadə etməkdə və terror əməlləri həyata keçirməkdə ittiham olunan şəxslərin saxlanma vəziyyəti və sağlamlığı haqqında müvafiq məlumatları aralıq tədbirlər mexanizmi çərçivəsində AİHM-ə təqdim edib.

 

Beynəlxalq humanitar hüquqa riayət olunması mövqeyindən çıxış etdiklərini iddia edən və HRW təşkilatının qərəzli və əsassız arqumentlərə əsaslanan “hesabatı”na istinad edərək, Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, hələ birinci Qarabağ müharibəsi zamanı 4000-dək azərbaycanlı döyüş bölgələrində itkin düşüb. Lakin bu günədək nə Avropa Parlamenti, nə də digər Avropa qurumları erməni əsirliyində saxlanan Azərbaycanlıların taleyi ilə maraqlanıblar.

 

Təəssüf edirik ki, 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinin geniş miqyasda minalanması və torpaqların işğaldan azad edilməsindən sonra Ermənistanın hələ də mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi də AP məruzəçilərini narahat etmir. AP məruzəçilərinin diqqətinə çatdırmaq istərdik ki, Üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatlara son verildiyi vaxtdan bu günədək azad olunmuş ərazilərdə mina partlayışları 20 insanın həyatına son qoyub, 80 nəfər isə ciddi xəsarət alıb.

 

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev öz bəyanatında bildirib ki, müharibədən sonrakı təmaslarımız zamanı AP-də təmsil olunan həmkarlarımız real vəziyyətlə yerində tanış olmaq üçün dəfələrlə Azərbaycana dəvət olunublar. Buna baxmayaraq, AP üzvlərinin regiona səfər etmədən, həqiqətləri öyrənmədən və erməni mənbələrindən qidalanan saxta məlumatlara əsaslanaraq qərəzli mövqe sərgiləməsi təəssüf doğurur və Azərbaycan cəmiyyətində Avropa Parlamentinə olan etimadı sarsıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı 5 Avqust 2021, 18:27 İlham Əliyev və Makron sərhəddəki vəziyyəti müzakirə etdi 5 Avqust 2021, 18:22 Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO   5 Avqust 2021, 18:21 Daha bir erməni hərbçinin cəsədi tapıldı 5 Avqust 2021, 18:13 Rusiyada yaşayan azərbaycanlı gənclər humanitar aksiya keçdi 5 Avqust 2021, 18:10 Ağ Evdə maraqlı hadisə: Hamı viski şüşəsi axtarır 5 Avqust 2021, 18:06 Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi 5 Avqust 2021, 17:50 Rusiya XİN: Bakı KTMT-yə qoşulmaq üçün müraciət etməyib 5 Avqust 2021, 17:46 Jurnalistlər üçün keçirilən təlim başa çatdı   5 Avqust 2021, 17:36 Türkiyəyə hava müjdəsi: Yağış yağacaq 5 Avqust 2021, 17:32 Rusiya sərhəddəki hadisələrə görə narahatdır 5 Avqust 2021, 17:29 İranın yeni prezidenti and içdi 5 Avqust 2021, 17:29 Dolların sabaha olan məzənnəsi   5 Avqust 2021, 17:26 Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var 5 Avqust 2021, 17:23 “Kubinka”da əməliyyat: Heroin satan Bibiqulu SAXLANILDI 5 Avqust 2021, 17:18 Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23 “Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir 5 Avqust 2021, 15:14