Modern.az

“Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək” - Tural Gəncəliyev

“Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək” - Tural Gəncəliyev

Parlament

6 Aprel 2021, 22:51

“Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək”.

 

Modern.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,  Milli Məclisin deputatı Tural Gəncəliyev Tvitter hesabında yazıb.

 

O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.

 

T.Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:

 

“Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!