Modern.az

Siyavuş Novruzov: “Rövşən Əkbərov mənim döyüş yoldaşım olub”

Siyavuş Novruzov: “Rövşən Əkbərov mənim döyüş yoldaşım olub”

7 Aprel 2021, 13:33

"Həbs olunanlardan təkcə Rövşən Əkbərov haqqında danışa bilərəm. Çünki o, mənim döyüş yoldaşım olub".

 

Modern.az xəbər verir ki, bunu "Müsavat TV"nin efirində deputat Siyavuş Novruzov deyib. O bildirib:

 

"O kişi döyüşüb, Milli Qəhrəman olub. Gərək ədalət naminə danışaq".

S.Novruzov bildirib ki, Ordu haqqında hər şeyi danışmaq olmaz. Orada müəyyən çatışmazlıqlar ola bilər:

“Mən özüm də Qarabağ müharibəsi veteranıyam. Olub ki, 3 gün helikopter gözləmişik ki, qara çörək gətirsinlər. İndi bir az yağ az olan kimi əsgər anasına zəng edir. Həbs olunanlara gəlincə isə kimisə həbs edirlərsə, həbs olunmalıdır. Xalqa əziyyət verirsə, xalqı dövlətdən narazı salırsa, bunun başqa yolu yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?