Modern.az

Hansı deputatlardan şikayətlər var? - İntizam komissiyasının sədrindən AÇIQLAMA

Hansı deputatlardan şikayətlər var? - İntizam komissiyasının sədrindən AÇIQLAMA

8 Aprel 2021, 12:26

“Deputatlar arasında intizam pozuntusu olmadığı üçün hələ ki iclas gözlənilmir”.

Bu sözləri Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib. O qeyd edib ki, komissiyanın sonuncu iclası yanvar ayında keçirilib:

 “Deputatlarla bağlı müraciətlər, ərizələr hər zaman olur və hər biri araşdırılır. Lakin yaxın zamanda intizam məsələlərində heç bir pozuntu qeydə alınmayıb. Sonuncu iclasımız yanvar ayında keçirildi. Keçən ilin yekununa həsr olunmuş iclasda il ərzində görülən işlərlə bağlı hesabat verildi. Bundan sonraki iclas isə gedişatdan asılıdır. Ciddi bir intizamsızlıq olmasa, biz sadəcə cari məsələlərlə məşğul olmağa davam edəcəyik”.


Fidan Əli

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər