Modern.az

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi

Aktual

13 Aprel 2021, 11:48

Rusiya və İran Dağlıq Qarabağda münaqişənin uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini müzakirə edib və bu prosesdə region ölkələrinin oynaya biləcəyi rolu nəzərdən keçirib.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, tərəflər Rusiyanın vasitəçilik səyləri nəzərə alınmaqla Qarabağdakı vəziyyəti müzakirə edib:

 

"Biz münaqişənin fəsadlarının aradan qaldırılmasının və ümumilikdə münaqişənin Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində ədalətli əsasda uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini vurğulamışıq, eləcə də region ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirmişik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü