Arxiv
16 Aprel 2021, 13:17 | PARLAMENT
Hansı deputatlar oruc tuturlar?

Deputatlar xalqımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edib.

 

Modern.az-a verdikləri açıqlamada Ramazan ayının fəzilətlərindən danışan deputatlar Cavanşir Paşazadə və Zahid Oruc oruc tutub tutmadıqları ilə bağlı sualları da cavablandırıb.

 

Deputat Cavanşir Paşazadə ölkəmizin dünyəvi olduğunu və oruc tutmayanların da normal qarşılandığını vurğulayıb:

 

“Bütün Azərbaycan xalqını mübarək Ramazan ayını gəlişi münasibətilə təbrik edirəm. Bu bizim torpaqlarımız azad olunduqdan sonraki ilk orucluqumuzdur. Allah xeyir eləsin. Oruc tutmaq hər bir müsəlmanın borcudur. Mən də oruc tuturam. Əhalimizin böyük hissəsi İslam dininə etiqad etsə də, biz modern bir ölkəyik. Tutmayanların olması da normal haldır.  Hər kəsi  bir daha təbrik edirəm”.

 

Dputat Zahid Oruc iş həyatında aktif olan insanların oruc tutanda bəzi çətinliklər yaşadığını bildirib:

 

“Öncəliklə müqəddəs ayın başlaması münasibəti ilə bütün insanları təbrik edirəm. Oruc tutmaq insanın üzərində bir neçə fundamental tələbləri qoyur. İlk növbədə müfaviq tələbləri özündə icra etməlisən. Buraya göz orucu, qulaq orucu, dil və əl orucu da daxildir. Bu prinsiplərə həm də təkcə Ramazanda deyil, hər zaman əməl etmək lazımdır. İkincisi isə, şübhəsiz ki, bu qidalanma rejimində fərqli bir vəziyyəti meydana gətirir. Bu hal bəzən fəal çalışma həyatında olan insanların fəaliyyəti ilə uzlaşmır”. 

 

Depuatat, özü oruc tutmasa belə, tez-tez möminlər üçün iftar süfrəsi açdığını söyləyib:

 

“Sadaladığım səbəblərdən ötrü ötən illər ərzində gerçək oruc tutmamışam. Məlum prinsiplər içərisində yaşayan, xalqına xidmətini məhsul tələblər çerçəvəsində gerçəkləşdirən insan kimi fəaliyyət aparmağa çalışıram. Hazırda oruc tutmuram, lakin ailə üzvlərim arasında tutanlar var. Hər bir insanın fikrinə hörmətlə yanaşırıq. Bəzən iftar mərasimlərində oluruq, bir sıra hallarda özümüz xalqımıza iftar süfrəsi açırıq. Düşünürəm ki, Ramazan dünyada sülhə, qarşılıqlı anlayışa, tikəni bölməyə vəsilə olan önəmli bir tarixi ənənəmizdir. Müşahidələr göstərir ki, ölkəmizdə oruc tutanların sayı kifayət qədər çoxdur”. 

 

Deputat Aqil Abbas yaşı  ilə bağlı oruc tuta bilmədiyini söyləyib :

 

“Öncəki illərdə tuturdum lakin hazırda yaşım və səhhətim buna  meyilli deyil. Allah bu gözəl ayda edilən duaları, tutulan orucları qəbul etsin. Allah qazilərimizə tez zamanda şəfa versin. Diləyirəm ki, azad edilmiş ərazilərimizdəki dağıntıları tez zamanda bərpa edək”.

 

Deputat Ceyhun Məmmədov  vətəndaşlara bu ayda pandemiya qaydalarına riayət etməyi və imkansız insanlara kömək əli uzatmağı tövsiyə edib:

 

“Bildiyiniz kimi Ramazan ayı dinimizdə müqəddəs hesab olunur. Azərbaycanda da hər zaman dövlətimiz milli-mənəvi dəyərlərimizə böyük hörmətlə yanaşıb. İnsanlarımız oruc tutur, ibadət edirlər. Artıq iki ildir ki, bu ay pandemiyaya təsadüf edir. Ramazan ayının ənənələrindən biri də məscidlərdə kütləvi namazların qılınmasıdır. Amma pandemiya şəraitinə görə  bunu edə bilmirik. Xalıqımıza ibadətlərini evdə etmələri tövsiyə olunur. Kütləvi iftar mərasimlərindən mümkün qədər uzaq olmalıyıq.  Əlavə savab qazanmaq istəyən vətəndaşlar isə xeyir işi görə bilərlər. İmkansız insanlara kömək olmaq bu ayın fəzilətlərindəndir. Vətəndaşlarımıza buradan demək istəyirəm ki, pandemiya qaydalarına əməl etsinlər. Əgər biz tezliklə vəziyyətin sonlanmasını istəyiriksə, ilk növbədə özümüzü və yaxınlarımızı qorumalıyıq. Sonda, xalqımızı təbrik edirəm və bütün duaların qəbul olmasını arzu edirəm!”

 

Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10