Arxiv
19 Aprel 2021, 12:50 | ƏDƏBİYYAT
Mehdi Hüseynin “Nizami” pyesi: “…insan yer üzünə səadət üçün gəlir, qardaşım”

Nizaminin qardaşı Qivamiyə görə, dünyanın kədəri əbədi yaşayacaqdır. Dünya kədəri “daş ağırlığı ilə insanların qəlbinə çökəcəkdir”.Ona görə də Qivami dərdini dağıtmaq üçün, dünyanın iztirablarına dözə bilmədiyi üçün şərab içir. Nizamiyə görə, dünya ağrılarını şərab azalda bilməz. O deyir: “Ümidsiz olmaq acizlikdəndir,  insan yer üzünə səadət üçün gəlir, qardaşım”. Qivami üçün, “bu dünya evi heç bir zaman səadət sarayı ola bilməz. Bu dünya böyük bir çanaqdır ki, insanların göz yaşı oraya oraya tökülür”. Nizami isə bunun əksinədir. O, səadəti yaratmaqla dünya kədərinə qalib gələcəyinə inanır. Qardaşı Qivamiyə deyir: “Səadət öz-özünə yaranmaz, onu biz yaratmalıyıq. Gəl gedək, mən bu gün yazdıqlarımı sənə oxumaq istəyirəm. Biz hər ikimiz şeirimizdə dünya kədərinə qalib gələcəyik. Biz bu kədərin önündə dağ kimi durub, sözdən insanlar üçün səadət sarayı yaradacağıq!”


Nizaminin “...insan yer üzünə səadət üçün gəlir, qardaşım” fikrinin açımını aşağıdakı kımı ümumiləşdirmək olar.


  • 1. a) Nizami Gəncəvi tufanlı, qaranlıq bir gecədə parıldayan məşəldir. Nizami adlı məşəlin əməlləri, arzuları böyükdür. Ancaq onun zəmanəsinin hakimləri dünyanı zülmətə çevirməkdən zövq alır və Nizamiyə göz verib işıq vermirlər. Buna baxmayaraq, Nizami hər qaranlıq gecənin günəşli bir gündüzü olduğuna inanır;

  • 2. b) Nizami sözdən elə bir gövhər yaratmaq istəyir ki, belə bir gövhəri heç kim heç yerdə tapa bilməmişdir. Həmin gövhərin adı “Xosrov və Şirin” poemasıdır. Başqa sözlə, Xosrovla Şirinin dastanıdır;

  • 3. c) Dərbənd əmiri böyük şair Nizamiyə qasidlə məktub və bir hədiyyə göndərir. Məktubda yazır ki, Gəncədə saray yoxdur, Şirvan şahı da Nizamiyə düşməndir. Ona görə də Nizami bütün ailəsi ilə köçüb gəlsin. Nizami el-obasına bağlıdır. O, Gəncədə doğulub və Gəncədə də öləcəyini bildirir. Gəncə onun üçün səadər tapdığı bir yerdir. Qasidin gətirdiyi hədiyyə isə (çadraya bürünmüş qız) Afaqdır. O, Nizaminin Bərdədən Dərbəndə kəniz kimi aparılmış eşqidir. Bu eşq ona bir səadət kimi qaytarılır. Halbuki Afaqın ismətinə saraydakılardan biri toxunmaq istərkən, qız onun xəncərini qaparaq düz sinəsindən vurub yerə sərir. Əmir Afaqın öldürülməsi barədə fərman verir. Onu öldürməyə apardıqları zaman Afaq, “Of, Nizami, Nizami!” deyib inləyir. Axı Afaqın səadəti də Nizamidədir. Bu, Allahın bəxş etdiyi səadətdir. Allahın qarşısında hökmdarlar da, əmirlər də, cəlladlar da acizdir. Odur ki, Nizaminin xatirinə Afaqın öldürülməsinə Allah hökm vermir. Bəndələrin, o cümlədən, əmirin hökmü Allahın qarşısında acizdən acizdir. Ona görə də əmirin cəllada “dayan” hökmünü verməsi Allahın hökmü, kəraməti, Nizamiyə və Afaqa bəxş etdiyi səadətdir.

  • Qasidin gətirdiyi hədiyyənin (çadralı qızın) üzündən duvağını və çadrasını götürənə qədər Nizami onun Afaq olduğunu bilmir. Ona göndərilən hədiyyənin Afaq olduğunu bildikdə həqiqət və xəyal arasında səadətin böyüklüyünü görür. Özünə göz aydınlığı verir, Allahına şükr edir.

    Gözüm aydın, gözümə surəti-canan görünür,

    Baxtımın güzgüsünə sünbülü-reyhan görünür.

    Allaha şükr edirəm, ey gözümün nuru, bu gün

    Yar gəlib göz önünə sərvi-xuraman görünür.

    Yarə yetmək iki dünyaya bərabər kimidir,

    Bunu duydum, duyuram öylə ki, hicran görünür.


    Buludxan Xəlilov,

    filologiya elmləri doktoru, professor

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Sabah 37 dərəcə isti olacaq   1 Avqust 2021, 11:35 Atletimiz finala vəsiqə qazana bilmədi 1 Avqust 2021, 11:21 Jirinovskinin növbəti sərsəmləməsinə CAVAB 1 Avqust 2021, 11:14 Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı - VİDEO 1 Avqust 2021, 11:11 Gürcüstanda yoluxma və ölüm sayı artdı 1 Avqust 2021, 11:09 Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Dostların içki məclisi qanla bitdi   1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00