Modern.az

Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi açıqlandı

Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi açıqlandı

28 Aprel 2021, 18:40

İşğaldan azad edilmiş ərazilərdə 454 000 ha torpaq sahəsinin inventarlaşdırılması başa çatıb.

 

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

 

Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi