Modern.az

Jurnalistlər Azıx mağarasında olub

Jurnalistlər Azıx mağarasında olub

28 Aprel 2021, 18:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olublar, Azıx mağarasını ziyarət ediblər.

 

Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyinin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur: "Burada aşkar olunmuş ibtidai insanın - qadının alt çən sümüyü də bunu sübut edir. Mağarada Paliolit,  Enolit və Tunc dövrlərinə aid tarix nümunələri arxeloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub".

 

Onun sözlərinə görə, Xocavənd rayonu işğal olunandan sonra ermənilər tərəfindən mağarada  qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb: "Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir