Modern.az

“Onun xidmətlərini idmançılarımız və gənclərimiz unutmayacaqlar”

“Onun xidmətlərini idmançılarımız və gənclərimiz unutmayacaqlar”

1 May 2021, 20:14

Milli Məclisin deputatı, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

 

Deputat Modern.az-a bunları bildirib:

 

”Azad müəllimin vaxtsız ölüm xəbəri idman ictimaiyyətinin nümayəndələrindən biri kimi məni də sarsıdıb. Azad müəllim yüksək təşkilatçılıq qabiliyyəti ilə yanaşı, səmimi insani keyfiyyətləri ilə ölkə idmanının inkişafında mühüm rol oynadı, idman camiyəsində mənəvi saflığın  yüksəlməsinə xidmət etdi. Əminəm ki, onun bu xidmətlərini və əziz xatirəsini idmançılarımız və gənclərimiz unutmayacaqlar, xatirələrində bundan sonra da yaşadacaqlar.

Dərin hüznlə Azad müəllimin ailə üzvlərinə,doğmalarına və idman ictimaiyyətinə başsağlığımı bildirirəm.

 

Allah rəhmət eləsin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi