Arxiv
4 May 2021, 15:40 | QARABAĞ
Erməni diasporu ilə rus generalların SÖVDƏLƏŞMƏSİ

Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan hərbi təyinatlı mallar - zirehli döyüş jiletləri, gödəkçələr və dəbiləqlər martın 5-də Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində aşkar edildi. Hərbi təyinatlı mallar yük maşınlarında Ermənistana çatdırılmalı idi. Həmin mallar bir aya yaxın müddətdə sərhəddə saxlanıldı.

Gürcüstan sərhədçiləri sürücülərin sənədlərini və hərbi təyinatlı yüklərini müsadirə edərək onların yola davam etməsinə qadağa qoydu. Gürcü sərhədçilər yükün buraxılması üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu bildirmişdi. Belə bir icazə isə yox idi. Hərbi yükləri daşıyan sürücülərdə həmin icazə olmadığı üçün onlar Rusiyaya geri qaytarıldılar.

“Rusiya artıq necənci dəfədir ki, Gürcüstan üzərindən gizli şəkildə Ermənistana hərbi məqsədli yüklər çatdırmaq istəyir. Axı Moskvaya da aydın olmamış deyil ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətini kəsən Gürüstan öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcək. Qarabağda müharibə günlərində də rəsmi Tbilsinin bəyanatı olmuşdu: “Gürcüstan öz ərazisindən müharibə tərəflərindən heç birinin hərbi yüklərinin daşınmasına imkan verməyəcək””.


Modern.az
xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Bu qadağanı bilə-bilə nə məcburdur ki, hərbi yüklər gizli şəkildə Gürcüstan üzərindən Ermənistana çatdırılsın?

“Rusiya Müdafiə Nazirliyi həmin yükləri rahatlıqla təyyarələr vasitəsilə də Ermənistana çatdıra bilər. Rusiya Müdafiə Nazirliyi 44 günlük müharibə günlərində Ermənistana hərbi yükləri məhz hava sahəsi üzərindən daşıyırdı. Bunu hamı bilir.

Ancaq o da mümkündür ki, Rusiyadakı erməni diasporunun imkanlı nümayəndələri aldıqları hərbi yükləri Gürcüstan üzərindən daha ucuzuna çatdırmaq istəyə bilərdilər. Bu belədirsə, bununla da Moskva maraqlanmalıydı ki, hansı ermənilər Rusiya Müdafiə Nazirliyinin başı üzərindən Ermənistana hərbi yüklər daşımaq istəyib. Maraqlanmırlarsa, deməli söhbət erməni diasporuyla rusiyalı generalların birgə sövdələşməsindən gedir. Birincilər ikincilərə pul verib və ikincilər aldıqları rüşvət müqabilində ucuz başa gəlsin deyə nəqliyyat yoluna üstünlük veriblər. Kreml “İsgəndər” raketlərində olduğu kimi, hərbi təyinatlı malların Gürcüstan marşrutu ilə Ermənistana çatdırılması məsələsinə də aydınlıq gətirmək istəmir”,- E.Şahinoğlu deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?