Modern.az

Başına daş parçası düşən yeniyetmənin işi ilə bağlı rəsmi AÇIQLAMA

Başına daş parçası düşən yeniyetmənin işi ilə bağlı rəsmi AÇIQLAMA

Aktual

7 May 2021, 10:38

Aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.

 

Baş Pokurorluqdan Modern.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir