Modern.az

Bayden Putinlə görüşəcəyinə əmindir

Bayden Putinlə görüşəcəyinə əmindir

Aktual

8 May 2021, 00:51

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşəcəyinə əmindir.

 

Modern.az xəbər verir ki, bunu Co Bayden iyun ayında Putinlə mümkün görüşü barədə sualı cavablandırarkən deyib.

 

"Əminəm ki, bunu edə bilərik. Müəyyən bir vaxtımız və ya yerimiz yoxdur. Bu iş gedir", - Bayden bildirib.

 

Amerika lideri Rusiya-Ukrayna sərhədindəki vəziyyətin Putinlə görüşü keçirmək niyyətinə təsir edib-etməyəcəyi barədə suala da cavab verib:

 

“Bu, təkbətək görüş keçirmək istəyimə təsir etmir”.

 

Qeyd edək ki, ABŞ prezidenti 13 aprel tarixində Rusiya prezidenti ilə telefon danışığında yaxın aylarda üçüncü bir ölkədə Rus-Amerika zirvəsinin keçirilməsi fikrini irəli sürüb. Daha sonra ABŞ administrasiyasının rəhbəri rus həmkarını yayda Avropada görüşməyə dəvət etdiyini açıqlayıb.

Bayden G7 və NATO zirvələrində iştirak etmək üçün iyun ayının ortalarında Avropada olacaq. 

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır