Modern.az

Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Aktual

10 May 2021, 12:10

Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirimlib.

 

Modern.az xəbər verir ki, 10 may 2021-ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Hacıqabul rayonunda silsilə tədbirlər həyata keçirimlib. Öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və önünə tər gül dəstləri qoyulmuşdur. Tədbirin davamı olaraq ağacəkmə aksiyası keçirilib.

 

Hacıqabul-Şirvan avtomobil yolunun sağ və sol hissəsində sərv və eldar şamı ağac növlərindən ibarət ümumilikdə 350-dən çox ağac əkilib.

 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edib.

 

Əkilən ağacların suvarılması həyata keçirilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmiş, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!