Modern.az

Gürcüstanın DTX rəisi Ermənistana getdi

Gürcüstanın DTX rəisi Ermənistana getdi

Dünya

27 İyun 2026, 11:42

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze Ermənistana rəsmi səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq məsələlərini, regionda baş verən hadisələri və mövcud çətinlikləri nəzərdən keçiriblər. Qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?