Modern.az

AMEA-nın bu jurnalı ilk beynəlxalq indeksini aldı - FOTO

AMEA-nın bu jurnalı ilk beynəlxalq indeksini aldı - FOTO

13 May 2021, 20:34

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilib.

 

Bu barədə Modern.az-a Elm Tarixi İnstitundan məlumat verilib.

 

Qeyd edək ki, jurnal beynəlxalq xülasələndirməsi olan, dünyanın müxtəlif elmi nəşrlərinin indeksləşdirildiyi “Advanced Sciences İndex” bazasında qeydiyyatdan keçərək rəsmi müqavilə əldə edib.

 

Məlumat üçün bildirək ki, “Elm tarixi və elmşünaslıq" beynəlxalq elmi-nəzəri jurnalı “Advanced Sciences İndex”-də Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir və bazada dünyanın nüfuzlu jurnalları qeydiyyata alınıb.

 

Daha ətraflı məlumat üçün bu linkə – //journal-index.org/index.php/asi/article/view/8619  müraciət edə bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir