Arxiv
14 May 2021, 09:33 | AKTUAL
Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır

Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əleyhinə petisiya mayın 14-dək 350 mindən çox imza toplayıb.

Modern.az xəbər verir ki, bunu petisiyanın yerləşdirildiyi change.org onlayn platformasında əks olunan məlumatlar təsdiq edir.

 

“Cəmi bir həftə ərzində belə çox tərəfdarın toplanması məni hədsiz dərəcədə ruhlandırır. Bu mövzu həm Yaponiyada, həm də xaricdə böyük rezonans yaradıb. Biz Oyunların təşkili təxirə salınana qədər fəaliyyətimizi davam etdirəcəyik”, - deyə K.Utsunomiya mayın 14-də Tokioda keçirilən mətbuat konfransında bildirib.

 

 

Qeyd edək ki, K.Utsunomiya 3 dəfə Tokionun qubernatoru seçkilərinə qatılıb, 2010-2011-ci illərdə Vəkillər Federasiyasının kollegiyasına sədrlik edib.

Xatırladaq ki, mayın 5-də internetdə yerləşdirilən petisiyada indiki koronavirus pandemiyası şəraitində Olimpiya Oyunlarının təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir. Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir. Beynəlxalq Olimpiya Komitəsinə, Yaponiya hökumətinə və Tokio Olimpiadasının təşkilat komitəsinə ünvanlanan petisiyada yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur.

 

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulur.

Kyodo agentliyinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 72 faizi Oyunların bir daha təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya Həkimlərinin Həmkarlar İttifaqları da Olimpiadanın cari yayda keçirilməsinin əleyhinə çıxış edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?