Modern.az

Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur

Dünya azərbaycanlıları “YAŞAT

Diaspor

17 May 2021, 17:27

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" Xeyriyyə marafonu uğurla davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan diasporu tarixində ilk dəfə təşkil edilən xeyriyyə marafonunun məqsədi  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.

 

Marafonla bağlı proqram mayın 25-i, saat 21.00-da Azərbaycan Televiziyası ilə nümayiş olunacaq və həmin yayımda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə, ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları çıxış edəcəklər. Daha sonra xeyriyyə marafonunun nəticələri ictimaiyyətə açıqlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu