Arxiv
17 May 2021, 17:53 | ÖLKƏ
TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb”

"Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır. Qeyd edilən məqsədə  nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir".

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, bu istiqamətdə qurumun nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə mütəmadi müzakirələr və təhlillər aparır, səhiyyə sisteminin transformasiyası proqramı üzərində çalışırlar:

 

"TƏBİB fəaliyyətə başladığı 2020-ci ilin əvvəlində məhdud sayda kadr resursları ilə əsas gücünü qlobal pandemiya ilə mübarizəyə yönəldib. Bir ildən artıq qısa müddət ərzində dövlətimizin birbaşa dəstəyi ilə Vətən müharibəsində yaralanmış döyüşçülərimizin, eləcə də “COVİD-19” xəstəliyinə yoluxmuş şəxslərin müalicəsində yaxından iştirak edib.

 

Yalnız 2021-ci ilin əvvəlindən artıq ölkəmizdə tam olaraq icbari tibbi sığortaya keçidlə əlaqədar tabeliyindəki tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi tullantıların idarə olunması, qida təminatı və s. istiqamətlərdə yeni normativ sənədlərin hazırlanmasına və icrasına başlanılıb".

 

Rəsmi məlumata görə, səhiyyə müəssisələrində qida təminatı ilə bağlı son 30 il ərzində hər hansı normativ sənəd qəbul edilməyib:

 

"Yalnız bu ilin əvvəlindən başlayaraq TƏBİB tərəfindən “Tibb müəssisələrində təqdim olunan pəhriz növləri”, “Tibb müəssisələrində qidalanmanın təşkili haqqında” təlimat, “Pandemiya dövründə qidalanmaya dair metodik göstərişlər” və s. sənədlər hazırlanıb və razılaşdırma üçün aidiyyatı qurumlara göndərilib.

 

Səhiyyə sistemlərində yüksək keyfiyyət standartlarını tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu sahədə inkişafa nail olmaq üçün yalnız tibb qurumları deyil, cəmiyyətin bütün sferaları, dövlət qurumları, özəl sektor və vətəndaşlarımız həmrəy olmalıdır. Səhiyyə sistemində islahatlar mərhələsində köməyini əsirgəməyən hər kəsə dərin təşəkkürümüzü bildiririk.

 

İnanırıq ki, ölkə rəhbərliyinin qarşımızda qoyduğu məqsədə- səhiyyə sistemimizdə yeni  keyfiyyət mərhələsinə birlikdə nail olacağıq"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34 Nazarbayev Sarkisyanı təbrik etdi, Paşinyanı isə yox... 23 İyun 2021, 17:28
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?