Arxiv
18 May 2021, 10:06 | QARABAĞ
Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON!

18 may tarixi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etdiyi gündür. Düz 28 il boyunca bu qara tarixi işğal günü olaraq qeyd etmişik. Artıq Laçın Ermənistan Silahlı qüvvələrinin nəzarətində deyil. 44 günlük Vətən müharibəsinin yekunu olaraq imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, Ermənistanın işğalı altında olan Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycanın yurisdiksiyasına qaytarıldı.


Azərbaycan Ordusunun bölmələri 2020-ci il dekabrın 1-də Laçına daxil olub və burada dövlət bayrağımız qaldırılıb.


1992-ci ildən rayonda qanunsuz məskunlaşan ermənilər Laçını tərk ediblər. Laçın rayonu Xankəndi şəhərini Ermənistanla birləşdirən çox mühüm yol üzərində yerləşir. Yaxın 5 il ərzində bu gərginlik qovşağına Rusiya hərbçiləri nəzarət edəcək. Rusiyalı sülhməramlıların nəzarət etdiyi 5 km-lik enində olan "Laçın dəhlizi"nə rayon mərkəzi də düşür.

Modern.az
 xatırladır ki,  1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etmişdi.

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdı.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.


Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var.

Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda Ermənistanla  mübahisə ərazisidir.

Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.


İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşma aparmışdı... Amma Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başladığı Vətən müharibəsini 10 noyabrda qələbə ilə başa vurdu…

Hazırda Laçında Azərbaycan bayrağı dalğalanır...

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17 Buraxılış imtahanlarının nəticələri açıqlandı 18 İyun 2021, 23:05 Türkiyədə koronavirusu saniyələr içində aşkarlayan cihaz hazırlandı 18 İyun 2021, 22:52 Moldovada Nizami Gəncəvinin barelyefi qoyulacaq 18 İyun 2021, 22:40 Professorlar yaşıl enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdılar 18 İyun 2021, 22:31 Kürdəmirdə mübahisə bıçaqlanma ilə nəticələndi 18 İyun 2021, 22:20 Bakıda personajların növbəti keçidi oldu - AVRO-2020 18 İyun 2021, 22:07
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?