Modern.az

“8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? – “Bakı Metropoliteni”ndən AÇIQLAMA

“8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? – “Bakı Metropoliteni”ndən AÇIQLAMA

Aktual

18 May 2021, 12:18

Sosial şəbəkələrdə "8 Noyabr" metrostansiyasında Şəhid Xudayar Yusifzadənin ifasının səslənəcəyinə dair video yayılıb.

 

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında məlumatı təkzib edib:

 

""8 Noyabr" stansiyasının adının əziz Şəhidimizin ifası ilə elan edilməsinə dair yayılmış videoməlumat həqiqəti əks etdirmir. Reallıqda belə bir şey yoxdur. Bu sadəcə kimlərinsə quraşdırma, montajıdır".

 

Qeyd edək ki, ölkə başçısının təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir