Modern.az

Azərbaycanın tanınmış futbolçusunu maşın vurub öldürdü

Azərbaycanın tanınmış futbolçusunu maşın vurub öldürdü

1 İyun 2021, 15:28

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov vəfat edib.

 

Bu barədə Modern.az-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

 

O bildirib ki, 66 yaşlı futbol veteranını avtomobil vurub. Hadisə bu gün Həsən Əliyev küçəsindəki evinin yaxınlığında baş verib. Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib.

 

1955-ci il sentyabrın 5-də dünyaya göz açmış S.Şıxlarov 1974, 1977-1980, 1982-1984-cü illər ərzində “Neftçi”nin heyətində 152 oyunda meydana çıxıb, 30 qol vurub.


Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub