Modern.az

Çindəki partlayışda ölü sayı 25 nəfərədək artıb

Çindəki partlayışda ölü sayı 25 nəfərədək artıb

Aktual

14 İyun 2021, 17:29

Çinin Hubey əyalətinin Şiyan şəhərində qaz sızması nəticəsində baş vermiş partlayış zamanı ölənlərin sayı 25 nəfərədək artıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət qurumları bildirib.

Qeyd edək ki, ötən gün şəhərin Janqvan dairəsində yerləşən Yanhu bazarında baş vermiş partlayış nəticəsində yaxınlıqdakı binalardan bəziləri dağılıb. Hadisə yerinə 170-dən artıq xilasedici və 38 texnika cəlb edilib.

Fidan İlqar    

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı