 
                                2020-2021-ci tədris ili üzrə transfer.edu.az portalına müraciət edən 2 721 nəfərdən 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. 
 
 Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
 
 Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.