Modern.az

Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb

Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb

17 İyun 2021, 18:00

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan axtarış nəticəsində bu gün daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.

 

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

 

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

 

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 579 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir