Modern.az

İsrail qırıcıları Qəzzanı bombaladı

İsrail qırıcıları Qəzzanı bombaladı

18 İyun 2021, 00:54

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağına hava zərbələri endirib.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, "Dunya Al Watan" radiostansiyası xəbər verib.

 

"Hava hücumuna Beyt-Lahiya şəhərindəki "müqavimət fraksiyaları"nın mövqeləri məruz qalıb" - məlumatda deyilir.

 

Bomardımanın nəticələri barədə məlumat verilməyib.

  

Xatırladaq ki, 21 may tarixində İsrail və Fələstin qruplaşmaları arasında 11 gün davam edən qarşıdurmadan sonra atəşkəs qüvvəyə minib. Qəzza zolağının 256 sakini bu qarşıdurmanın qurbanı olub, təxminən 2 min nəfər yaralanıb. İsrail tərəfdən 13 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...