Modern.az

\"Qalatasaray\"a yeni prezident seçildi

\

20 İyun 2021, 00:30

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olub.

 

Modern.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri bu gün keçirilən seçkilərdə müəyyənləşib.

 

Seçkidə 5 namizəd iştirak edib. "Sarı-qırmızılılar"ın 38-ci prezidenti 5 saat davam edən səsvermədən sonra dəqiqləşib.

 

Daha çox səs toplayan Burak Elmas “Qalatasaray”ın prezidenti seçilib. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.

 

Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi