Modern.az

Azərbaycanın Ermənistana qaytardığı “hərbçilərin” hamısı eyni bölgədəndir

Azərbaycanın Ermənistana qaytardığı “hərbçilərin” hamısı eyni bölgədəndir

Qarabağ

4 İyul 2021, 08:29

3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, "cəza müddəti bitmiş” 15 nəfər erməni hərbçi isə ölkəsinə qaytarılıb.

Onlar 2020-ci il noyabr ayının sonunda Xocavənddə saxlanılmış erməni hərbçilərdir. İki gün əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən "Azərbaycanın dövlət sərhədini pozmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdilər. Həbsdə saxlanıldıqları müddət 6 aydan çox olduğuna görə "cəza müddəti bitmiş” hesab ediliblər.


Bu arada məlum olub ki, Ermənistana təhvil verilən diversantların hamısı eyni bölgədəndir.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 3 iyul 2021-ci il tarixində Bakıdan Yerevana aparılan erməni hərbçilərin hamısı Ermənistanın Şirak bölgəsinin sakinləridir.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır