Arxiv
6 İyul 2021, 21:12 | ƏDƏBİYYAT
Böyük ziyalı, dəyərli azərbaycanlı – Rəşid Cavanşirin arxada qoyduğu 70 ilin işığı

İnsan ömrü təqvimdəki rəqəmlərlə ölçülən zaman kəsiyidir. Təqvim yalnız yaşanmış illərin sayını göstərir, ömrün mənasının, dəyərinin göstəricisi isə həyatda qoyduğun izlər və əməllərdir. Birmənalı olaraq hər bir insanın həyata gəlişi hansısa bir missiya ilə əlaqəli olur. Xoşbəxt o kəslərdir ki, üzərinə düşən missiyanı həyata keçirə bilir. Bu baxımdan Rəşid Cavanşiri xoşbəxt adam saymaq olar. Bir neçə saat davam edən maraqlı söhbətimizdə də bir daha bunun şahidi olduq.


Rəşid Cəmil oğlu Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində ali təhsil alıb. Təhsil illərində institutun ictimai həyatında fəal tələbə kimi tanınıb, Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Kremldə SSRİ rəhbərlərinin qarşısında Azərbaycan tələbələrinin adından çıxış etmək də məhz ona həvalə olunub. Daha sonra tələbəlik illərində Berlində keçirilən gənclər festivalında Rəşid Cavanşir Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. Onun tələbə həyatı bu cür tədbirlərlə zəngin olub.
Rəşid Cavanşirin gənclik illərində komsomol və partiya orqanlarında işə keçmək dəbdə olsa da, bu sahədə fəaliyyət göstərmək şansı qazansa da, o, öz gələcək həyatını elmə bağlayıb. Dissertasiya mövzusu Moskvada təsdiq olunduqdan sonra o, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib və bununla da Rəşid Cavanşir gələcək hədəflərini elmi fəaliyyətdə axtarıb.
Rəşid müəllim ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib.
1995-ci ildə Rəşid Cavanşir “Amoko” şirkətindən iş təklifi alıb. O, şirkətin Xəzər üzrə geoloji kəşfiyyat koordinatoru vəzifəsinə təyin olunub və bu vəzifəni Bakıda icra edib.


Rəşid müəllimin institutun elmi işlər üzrə direktor müavini vəzifəsindən xarici şirkətə işə keçməsini bəzi azərbaycanlı alimlər müsbət qarşılamayıblar. Bu anlaşılmazlığa Rəşid Cavanşir belə aydınlıq gətirib:


“1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinə azərbaycanlılar da işə qəbul olunurdu. Amma azərbaycanlılar əsasən mühafizəçi, sürücü, katibə kimi fəaliyyət göstərirdilər. Mən belə düşündüm ki, bir alim kimi bu şirkətlərdə çalışım, bunula da Azərbaycan alimlərinin elmi potensialını xarici mütəxəssislərə sübut edim...”.


Rəşid Cavanşir bir azərbaycanlı kimi dünya iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan neft sənayesi sahəsində bir çox ilklərə imza atıb. O, bu sahədə göstərdiyi fəaliyyətdə ulu öndər Heydər Əliyevin neft strategiyasından səmərəli şəkildə bəhrələnib.


1997-ci ildə “Amoko” şirkəti onu Amerika Birləşmiş Ştatlarına, Hyustona Ümumdünya kəşfiyyat və planlaşdırma şöbəsinə göndərib. Göndəriş yüksək iş məhsuldarlığı və dərin bilgilərə malik olan azərbaycanlı alimin təcrübəsini artırmaq, zənginləşdirmək məqsədini daşıyıb.
1998-ci ildə şirkət Rəşid Cavanşiri yenidən Bakıya qaytarıb, Xəzər üzrə kəşfiyyat sahəsinə direktor vəzifəsinə təyin edib. Həmin ərəfədə pay bölgüsü kontraktları zamanı “Amoko”nun operatoru olduğu “İnam” Əməliyyat Şirkəti yaradılanda şirkətə prezident seçkiləri zamanı “Amoko” rəhbərliyi Rəşid Cavanşirə də namizədliyini irəli sürməyi təklif edib. Rəşid müəllim bu məsul vəzifəni icra edə biləcəyinə şübhə etməyib, amma bu şirkətə bir azərbaycanlı olaraq prezident təyin olmasını real saymayıb. Amma o, bu fikirlərində yanılıb. Bir həftədən sonra namizədlərin müzakirəsi başa çatdıqda Rəşid Cavanşirə “İnam” Əməliyyat Şirkətinə prezident təyin olunduğu bildirilib. Rəşid Cavanşir ilk azərbaycanlı alim və mütəxəssis olaraq belə bir şirkətin prezidenti vəzifəsinə təyinat alıb.
Bu təyinatdan bir ay sonra “BP” və “Amoko” şirkətlərinin birləşməsi nəticəsində kadr dəyişiklikləri başlananda bir sıra xarici neft şirkətlərinin, o cümlədən “BP”-nin və “Amoko”nun Azərbaycandakı rəhbərləri də dəyişdirilib.Azərbaycanda yeni yaradılmış “BP-Amoko” şirkətinə isə Londondan yeni prezident təyin olunub.

1999-ci ilin yanvarında vəzifəsinin icrasına başlayan yeni prezident Rəşid Cavanşirlə görüşəndə ona - “Amoko-İnam”, “BP-Şahdəniz, “BP-Araz-Alov-Şərq” Əməliyyat şirkətlərinə rəhbərlik etmək təklifini verib. Belə bir təyinat xarici mütəxəssisləri də təəccübləndirib. Məhz bu təyinatla Rəşid Cavanşir hansı gücə, elmi potensiala malik olduğunu növbəti dəfə sübut edib. 1999-cu ildə Rəsid Cavansirin rəhbərliyi altinda nəhəng Sahdəniz gaz yatagi askar olunub. Sonraki illərdə Rəsid Cavansir ilk tarixi Turkiyə gaz satis müqaviləsi ilə bağlı danisiqlarda bilavasitə istirak edib. O, həmin illərin neft siyasətində Azarbaycan Dovlat Neft Sirkatinin rahbərlərindan olmus Valeh Ələsgərovun xidmətlərini yüksək qiymətləndirir.

 

2002-ci ildə Rəşid Cavanşir Londonda “BP” şirkətinin mərkəzi ofisində strategiya şöbəsinə menecer vəzifəsinə göndərilib. Fəaliyyət coğrafiyası daha geniş olan bu şöbədə işləməklə və işgüzarlıq nümayiş etdirməklə Rəşid Cavanşirin “BP” ailəsində nüfuzu daha da artıb.
2003-cü ildə şirkət rəhbərliyi Rəşid müəllimi ən ağır sahəyə - Şotlandiyaya ezam edib. O, “BP”-nin Şimal dənizinin cənub hissəsinə rəhbərlik edib. Rəşid müəllim üçün bu dövr sınaq dövrü sayılıb. Belə ki, bu vəzifə kabinetdən daha çox, dənizdə, platformalarda olmağı tələb edib.

Şotlandiyadakı üç illik fəaliyyətindən sonra “BP” rəhbərliyi Rəşid müəllimi “hər yerdə işləməyi bacaran mütəxəssis” kimi xarakterizə edib.
Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası başa çatdıqdan sonra Rəşid Cavanşir “BP” rəhbərliyi tərəfindən bu şirkətin ilk baş icraçı direktoru təyin edilib. Eyni zamanda o, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin baş meneceri olub.


2009-cu ildə Rəşid Cavanşir ilk azərbaycanlı olaraq BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezident təyin olunub və 2012-ci ilə qədər bu vəzifəni daşıyıb. 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə birgə Ankarada imzalanmış Anlaşma Memarandumunun danışıqlarında iştirak edib. 2011-ci ilin İzmir anlaşmalarında Rəşid müəllim tranzit muqaviləsinə imza atıb.


2010-cu ildə Rəsid Cavansir Bakida Səfəq-Asiman pay bölgüsü kontraktina BP sirkətinin adindan imza atib. Respublikamız tərəfindən isə həmin kontraktı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rovnəg Abdullayev imzalayıb. Beləliklə, tarixdə ilk dəfə möhtəşəm bir sənədi hər iki tərəfdən azarbaycanlilar imzalayıb.


Rəşid Cavanşir 2012-ci ildə “BP”-də ən yüksək vəzifələrdən birini tutub, Böyük Britaniyanın “BP” neft şirkətinin Strategiya və inteqrasiya üzrə baş vitse-prezidenti təyin edilib.


Rəşid müəllim harada olmasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq, onun üçün Azərbaycanın mənafeyi daim ön planda dayanıb və o, Azərbaycan üçün sərfəli olacaq müqavilələrin imzalanmasına bütün varlığı ilə çalışıb.
Bu gün Rəşid müəllim bir çox elmi şuraların, cəmiyyətlərin, dünyada tanınımış elmi redaksiyaların üzvüdür. Ən maraglisi budur ki, Rashid Cavanshir 1989-cu ildə ABS-da, Hollandiyada nəşr olunan iki beynalxalq jurnalin redaksiya heyətinə dəvət olunub va tarixdə ilk dəfə Azarbaycan elmini orada təmsil edib. 230 elmi əsərin, 8 monoqrafiyanın, 12 müəlliflik şəhadətnaməsi və patentin müəllifi, AMEA-nın müxbir üzvü olan Rəşid Cavanşir, həm də 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ilk ekspert Şurasında təmsil olunub.


Elmi yaradıcılığı, xidməti vəzifəsi ilə yanaşı Rəşid müəllin dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında mühazirələr söyləyib, neft hasilatı sahəsindəki təcrübəsini gənc mütəxəssislərlə bölüşüb.


Rəşid Cavanşirin xidmətləri zaman-zaman yüksək mükafatlara layiq görülüb. Bu mükafatların arasında isə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən ona təqdim etdiyi “Şöhrət” ordeninin xüsusi yeri var.


Rəşid Cavanşir öz şəcərəsinə, soy-kökünə həssaslıqla, ehtiramla yanaşan şəxsdir. Bəy və xan nəsillərinə xor baxılan sovet rejimində Rəşid müəəlim öz Cavanşir soyadını “ov”la, “yev”lə əvəzləməyib, ən mötəbər auditoriyalarda belə özünü Cavanşirlər nəslinin nümayəndəsi kimi qürurla təqdim edib.


70 illik ömründə Rəşid müəllim elmi yaradıcılığında, vəzifəsində uğurlar qazanaraq həyatına bir çox əlamətdar günlər yazıb. Amma 2020-ci ilin noyabrın 8-də ulularının yaşadığı, bablarının əmanəti olan Şuşanın işğaldan azad olunduğu gün onun üçün yaşadığı illərin ən möhtəşəm günüdür. Bu gün o qədər möhtəşəmdir ki, həmsöhbətimiz Şuşa zəfərindən danışanda qəhər onu boğur. Bu “qəhər”ə görə isə o, dünya reytinqli Azərbaycan Prezidenti İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna minnətdarlığını bildirir.


İyulun 17-də böyük ziyalı, dəyərli Azərbaycan vətəndaşı Rəşid Cavanşirin 70 yaşı tamam olur. Bu münasibətlə biz də yubilyarı təbrik edir, ona şəxsi həyatında, elmi və xidməti fəaliyyətində yeni uğurlar arzulayırıq.

 


İlham Cəmiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanıldı 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08
SORĞU Hansı vaksinə etibar edirsiniz?