Modern.az

Hesablama Palatası YAP-da yoxlamalara BAŞLADI

Hesablama Palatası YAP-da yoxlamalara BAŞLADI

Ölkə

10 İyul 2021, 11:10

Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

 

Palatadan Modern.az-a faktı təsdiqləyiblər.

 

Həmçinin bildirilib ki, yoxlamalar YAP-ın rayon təşkilatlarını da əhatə edəcək.

 

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikalorg yayıb. Məlumata görə, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək. 

 

Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

 

Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir