Arxiv
20 İyul 2021, 02:14 | MEDİA
Litvalı jurnalist Şuşadan elə bir yazı yazdı ki: “Burada olmağım əsl möcüzədir”

"Xocalı gündəlikləri"nin müəllifi, Litva jurnalisti Riçardas Lapaitisin Şuşaya səfərdən sonra yazdığı təəssüratları həyəcansız oxumaq olmur. Sonra da deyirik ki, Şimal adamları soyuqdur. Bu sətirlərdə Şuşaya, tarixi qələbəmizə münasibətdə o qədər istilik və sevgi var ki, nə gizlədim, onu bəzən hətta millətimizin içindən çıxan bəzilərində tapmaq olmur.

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev bildirib.

Səfir V.Quliyev Riçardas Lapaitisin Şuşadan yazdığı təəssüratları ruscadan azərbaycancaya tərcümə edib.

Xatırladaq ki, R.Lapaitis 2020-ci Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunub.

Litvalı jurnalistin Şuşa səfəri ilə bağlı yazısını təqdim edirik:

"Şuşaya əslində 1992-ci il mayın 8-dən gedirdim. Aradan nə qədər vaxt ötdü! Nə qədər gecə və gündüz bir göz qırpımı kimi keçdi! Düz otuz il idi ki, mən hamıya deyirdim: günün birində Azərbaycan mədəniyyətinin beşiyinə, Azərbaycanın müqəddəs şəhəri Şuşaya qayıdacağam!

Xoşbəxtlik və qürur hissləri ürəyimi doldurub. Fərəhimin səbəbi bir də ki, mənim - adi bir hərbi jurnalistin dualarının eşidilməsidir! İndi budur,mən hər bir azərbaycanlının qəlbində yaşayan, vüqarlı və gözəl gələcəyi olan Şuşadayam! Elə gözəl bir səhərdir ki, təsviri sözlərlə mümkün deyil. Sərin, sakit, qəlb rahatlığı ilə dolu...

Sanki tam fərqli bir aləmdəyəm. Burada böyük Azərbaycan şairlərinin, musiqiçilərinin, yazıçılarının, mütəfəkkirlərinin nəfəs aldıqları havanı udmaq mümkündür. Böyük Azərbaycan xanlarının ayaq səslərini eşitmək mümkündür. Sanki yağış damlaları hər bir tozun üzərinə qonduğu kimi hər bir azərbaycanlının ürəyinə hopan Azan sədasını dinləmək mümkündür. Əgər qəlbin və ruhun sakitliyində biri-birini eşitmək imkanı varsa, bəzən sözlərə heç bir ehtiyac qalmır. Lakin daxilimdəki fikirlər bir quş, yaxud uca dağ başında dövrə vuran qartal kimi səmalarda uçurdu. Fikirlərimi dayandıra bilmirdim və düşünürdüm ki, bu otuz ili Şuşa bizsiz necə yaşayıb? Özünün həqiqi sahibləri olmadan! Məhəbbətsiz və nəvazişsiz? Necə???

Şuşa açıq hava altında muzey-şəhərdir. Burada hər addımda mədəniyyət abidələri, məscidlər, qəbiristanlıq - bir sözlə, bütün Azərbaycanın tarixi var. Dağların üzərində bayraq gördüm - Azərbaycanın bayrağı. Bu o deməkdir ki, şəhər bütün insanların üzünə açıqdır. Bu o deməkdir ki, işğalçının çəkdiyi tikanlı məftillər dəmir pərdə kimi qoparılıb bir tərəfə atılıb. Mən Şuşaya Azərbaycan Əsgərinin yolu ilə gəldim. O Əsgərlə, hər bir azərbaycanlı ilə birlikdə əzab çəkərək və sevinərək gəldim. Sizi mənə bəxş etdiyinə görə taleyimə minnətdaram. Sizi təmiz qəlblə, açıq ürəklə sevə bildiyim üçün taleyimə minnətdaram. Axı bura həm də mənim evimdir! Ətrafdakı ürəyimə istilik və işıq saçan dağlar həm də mənim dağlarımdır!

Mənim obyektivimin yaddaşında tarixin başqa anları da əksini tapıb. Bu, işğalçının Azərbaycanla bağlı olan hər şeyə nifrət motivləridir. Otuz il ərzində Ermənistan burada özünə məxsus olmayan nə varsa hamısını - mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, daş oymaları, qədim qəbiristanlıqları, şairin məqbərəsini uçurub-dağıtmaqla məşğul idi. Otuz illik faşizm dönəmi istər insan, istərsə də mədəni irs baxımından dəhşətli itkilərlə müşayiət olundu.

Nəhayət ki, Şuşa etibarlı əllərdədir! Ürəyim Azərbaycan Əsgəri, bütün Azərbaycan xalqı ilə birlikdə sevinc və qürur hissilə doludur. Burada olmağım əsl mözüzədir. Şuşa, işğalçı üçün sən sadəcə ərazi idin. Amma azərbaycanlı üçün Vətənsən! Məndən ötrü isə dualarımın qəbul olunması və ədalətin təntənəsisən!

Bu sözləri bir and, yaxud gələcəyə ismarıc kimi böyük məhəbbət və içdən gələn dualarımla yazıram: bir də heç zaman işğalçının ayaqları sənə toxunmayacaq! Uzaq 1992-ci ildə, sonra isə 2020-ci ildə uğrunda qəhrəmanlıqla həlak olan hər kəsin xatirəsi önündə baş əyirəm.

Noyabr ayında Azərbaycan ordusu Şuşa şəhərini döyüşlə tutaraq. Ermənistanı tam məğlubiyyət aktını imzalamağa məcbur elədi. Tam və gələcəyə heç bir ümid yeri qoymadan! Azərbaycanın vüqarı olan Şuşa nəhayət öz əslinə döndü. Sizi - həmişə bu işin içində olan və mübarizəyə dəstək verən hər kəsi bərk-bərk qucaqlayıram. Şuşanın azad olunacağına inanan hər kəsi! Düşünürəm ki, hamı inanırdı. Hamı inanırdı ki, Şuşa azad ediləcək! Sonra isə yeni tarix yazacağıq. Ən böyük Azərbaycan şəhəri olan Şuşanın inkişaf və çiçəklənmə tarixini! Bütün varlığımla bunu sizə arzu edirəm!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?