Modern.az

Şuşa Forumu xarici siyasət strategiyasının mühüm elementidir - deputat

Şuşa Forumu xarici siyasət strategiyasının mühüm elementidir - deputat

Aktual

Bu gün, 11:26

Prezident İlham Əliyevin ənənəvi olaraq iştirak etdiyi Şuşa Qlobal Media Forumu, diplomatiya, informasiya siyasəti və milli maraqların beynəlxalq arenada təşviqini özündə unikal şəkildə birləşdirərək, faktiki olaraq Azərbaycanın xarici siyasət strategiyasının mühüm elementinə çevrilmişdir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

Onun sözlərinə görə, iyulun 13-də start götürən və mövzusu özlüyündə çox məqamdan xəbər verən - “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın dirçəlişi” adlı IV Media Forumu da istisna təşkil etmədi. Forumda dünyanın 54 ölkəsindən 160 media nümayəndəsi, ekspert və rəhbər şəxs, həmçinin 30-a yaxın beynəlxalq xəbər agentliyinin və 60-dan çox aparıcı media qurumunun təmsilçiləri iştirak edir. Tədbirə 10-a yaxın beynəlxalq təşkilat və şirkət nümayəndələrinin də qoşulması faktı Azərbaycana olan böyük marağın birmənalı göstəricisidir.

K.Bayramov həmçinin vurğulayıb ki, bu dörd il ərzində Şuşanın beynəlxalq dialoq mərkəzi kimi fəxri statusunu möhkəm şəkildə qoruması olduqca rəmzi xarakter daşıyır. Bu isə ölkəmizə Qarabağı hər il dünya informasiya məkanına daha dərindən inteqrasiya etmək imkanı verir və dövlət başçısı forumdakı çıxışında bu faktı xüsusi olaraq qeyd edib.

“Tədbirin keçirilməsi ideyası elə bir ab-hava yaratmaq idi ki, dünyanın müxtəlif yerlərindən olan media nümayəndələri qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə edə bilsinlər, Qarabağla, Şuşa ilə tanış olsunlar, həmçinin digər məqsədlərə nail olsunlar. Əminəm ki, bura gələn qonaqlar Qarabağın inkişafını və yenidən qurulmasını görürlər”, — deyə İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirdə iştirak etməsi faktı Azərbaycana regional proseslərlə bağlı öz baxışını birbaşa çatdırmağa, qonaqlara isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin miqyasını öz gözləri ilə görməyə imkan verir.

Deputat sonda qeyd edib ki, dövlət başçısının məhz bu fikirlərindən də görünür ki, bütövlükdə İlham Əliyevin forumdakı çıxışı Azərbaycan dövlətinin xarici siyasət və iqtisadi prioritetlərinin dəqiq şəkildə müəyyənləşdirilməsi idi.

Sizə yeni x var
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!