Modern.az

Pakistan hərbçiləri Əfqanıstana daxil oldu

Pakistan hərbçiləri Əfqanıstana daxil oldu

25 İyul 2021, 09:09

Əfqanıstanın “RTA” teleradio yayım şirkəti ölkənin cənub sərhədində “Taliban”ın nəzarətində olan Qəndəhar vilayətinə doğru Pakistan əsgərlərinin hərəkət etdiyi iddia olunan videogörüntülər yayımlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

“Pakistan əsgərlərinin “Taliban” nəzarətində olan bölgələrə doğru hərəkəti. Sosial şəbəkələrdə yayılmış videoda Pakistan silahlı qüvvələrinin Qəndəhar vilayətinin Spin-Boldak bölgəsindəki Nazar təhlükəsizlik postundan Əfqanıstan torpağına necə keçdikləri görünür”, - deyə telekanalın videogörüntülərlə bağlı şərhində qeyd olunub.

 

Bundan əvvəl “Taliban” qruplaşmasının Pakistanla sərhəddəki Spin-Boldak bölgəsini ələ keçirdiyi barədə xəbər verilmişdi. Spin-Boldakdan Əfqanıstanın ən böyük şəhərlərindən biri olan Qəndəharı Pakistanın Bəlucistan əyalətinin inzibati mərkəzi olan Kvetta ilə birləşdirən beynəlxalq avtomobil yolu keçir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür